İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeməyə qənaət etsin deyə qəribə üsula əl atdı

Çin sosial şəbəkələrində əl işləri ilə tanınan Konq Yufen adlı bloger indi də qidalanması ilə diqqəti çəkib.

Qız yemək puluna və xərclərə qənaət etsin deyə donuzlar üçün olan qidaya keçib.

O, hər gün cəmi yarım dollara yeyib doymağın yolunu tapıb.

Belə ki, o, 3-5 yuan arası olan donuzlar üçün paket qidalardan alıb.

Suda isladılan yem çox turş olduğu üçün insanı susadır.

Konq etiraf edib ki, dadı xoşuna gəlməyib və çox su içmək lazımdır.

Amma qadın azı 10 gün belə qidalanmaq fikrindədir. O, insanın belə rasionda nə qədər qala biləcəyini aydınlaşdırmaq istəyir.

Həkimlər isə onu normal qidaya qayıtmağa səsləyir. Çünki heyvan qidaları insan orqanizmi tərəfindən çətin həzm olunur, bu qidalarla lazımi vtaminləri almaq mümkün deyil.

Dietoloqlar ona yumurta və tərəvəz yeməyi tövsiyə edir.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR