Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-iyulunda Rusiya dövlət büdcəsinin neft-qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 4 trilyon 193 milyard rubl təşkil edib. Musavat.com Rusiya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin 7 ayında bu göstərici 7 trilyon 146 milyard rubl olmuşdu.
İyul ayında Rusiya büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox neft-qaz gəliri daxil olub. 811,3 milyard rubl təşkil edən gəlirin belə artımına rübdə bir dəfə toplanan əlavə gəlir vergisi səbəb olub. İyulda bu vergi üzrə büdcə gəliri 294,5 milyard rubl təşkil edib.
Nazirliyin məlumatına əsasən yanvar-iyulda neft və kondensat ixracından vergilər üzrə büdcə ötən ilin eyni dövründəkindən 38,9 faiz az – 3 trilyon 571 milyard rubl, ixrac rüsmumu üzrə isə 3,1 dəfə az – 125,2 milyard rubl gəlir əldə edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ