İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə uranın zənginləşdirilməsi üzrə konsorsium yaradılsın – Omandan təklif 

Oman ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) himayəsi altında uranı dinc məqsədlər üçün zənginləşdirəcək regional konsorsium yaratmağı təklif edib.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb.

ABŞ rəsmisi və vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, bu ideya ABŞ tərəfindən bəyənilib. Hazırda əsas suallardan biri obyektin harada yerləşəcəyi ilə bağlıdır. Mənbə bildirib ki, ABŞ uranın zənginləşdirilməsi zavodunun İrandan kənarda yerləşməsini israr edir.
Bundan əvvəl AFP agentliyi MAQATE-nin məxfi hesabatına istinad edərək, İranın son aylarda yüksək zənginləşdirilmiş uran istehsalını əhəmiyyətli dərəcədə sürətləndirdiyini göstərib. CNN xəbər verir ki, Vaşinqton və Tehran yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı saziş bağlaya bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR