İnsanlara hürriyət, millətlərə istiqlal!

“YAŞAT” şəhid qəhrəmanımızın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Vüsal Barat oğlu Sumbatzadənin Bakı şəhərində doğulan övladı Kənanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

“Onlar bizə əmanət” layihəsi indiyədək 115 şəhid övladını əhatə edib. 

Screenshot_2.png (580 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR