İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaşar, hər an qəlbimdəsən" - Firəngiz Mütəllimova

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.

Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında bununla bağlı paylaşım edib.

Sənətçi Y.Nuri ilə illər əvvəl çəkilən fotosuna "Sənətkar, bu gün sənin ad günündür. Yaşar həmişə yaşar. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Hər an yanımda və qəlbimdəsən" deyə, yazıb

Qeyd edək ki, Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR