İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda beşmərtəbəli yataqxanada yanğın olub

Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olub.

“Report” FHN-ə istinadən xəbər verir ki, baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR