Onlayn ictimai-siyasi qəzet
Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri, 33 yaşlı Bakı şəhər sakini Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un xəbərinə görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Çıxış etmək üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı çıxışında Cəbrayıl Fərzəliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 25-də davam edəcək. Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və “Gənclər Fondu” tanınıb.
Qeyd edək ki, C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə “Gənclər Fondu”nun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
E.Məmmədəliyev,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ