İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yardımlı Xeyriyyə Cəmiyyəti" “ELİN DUASI“ sənədli filmini TƏQDİM ETDİ - FOTO

"Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi tərəfindən 3 fevral 2024–cü il tarixdə Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “ELİN DUASI“ sənədli filminin təqdimatı keçirilib.

Bu barədə Musavat.com-a "Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyinin sədri Mərdan Seyidbəyli məlumat verib.

Təqdim edilən sənədli filmdə son 20 il ərzində cənab Prezident İlham Əliyevin Yardımlı rayonuna səfərləri, şəhid-qazi ailələrinə xüsusi dəstək, rayonun infrastrukturunun yenidən qurulması və bu istiqamətdə görülən işlərdən bəhs edilir. Eyni zamanda sənədli filmdə Yardımlı ictimaiyyətinin 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində birmənalı olaraq cənab İlham Əliyevə olan dəstəyi də öz əksini tapıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR