İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın Baş naziri COP-29-a dəvət olunub

Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfəri zamanı Yaponiya tərəfinə COP29-a Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirakla bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR