Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Çində keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Putin görüş zamanı bildirib ki, Paşinyanla danışmaq fürsətinə şaddır:
“Həm ikitərəfli, həm də regional xarakterli müzakirə olunacaq çoxlu məsələlər var. Mən ümid edirəm ki, söhbətimiz faydalı və məzmunlu olacaq”, – deyə Rusiya lideri vurğulayıb.
Görüşdə diqqət çəkən məqamlardan biri isə Paşinyanın Rusiyanı və Ermənistanı “qardaş ölkələr” adlandırması olub.
Halbuki Paşinyanın hakimiyyəti dövründə İrəvanın Moskva ilə münasibətləri ən gərgin mərhələlərdən keçmişdi. Ermənistanda rusofobiya meylləri güclənmiş, rus dilinə və mədəniyyətinə qarşı aksiyalar keçirilmişdi. Zvarnots hava limanında rus sərhədçiləri çıxarılmış, Gümrüdəki 102-ci hərbi bazanın bağlanması ilə bağlı kampaniya aparılmışdı.
Son beş ildə Kremlin də Ermənistandan ciddi narazılığı formalaşmış, rus ideoloqları və texnoloqları ilə erməni rəsmiləri arasında sərt qarşıdurmalar yaşanmışdı. Bu səbəbdən Paşinyanın qəfil “qardaşlıq” ritorikası həm Moskva, həm də İrəvan üçün gözlənilməz dönüş kimi qiymətləndirilir.
Ekspertlərin fikrincə, Paşinyanın bu jesti Bakı ilə Moskva arasında yaranmış soyuq mühitdən istifadə etməklə İrəvanın Kremlə daha çox sarılmasına xidmət edir. Bu da, əslində, Azərbaycanın hesabına verilmiş siyasi mesajdır.
Üstəlik, Paşinyanın dövründə Ermənistan KTMT-də iştirakını dayandırıb, ölkənin neytral mövqedə qalacağını təsdiqləyib, Zəngəzur dəhlizini isə ABŞ təsiri ilə xarici idarəçiliyə təslim edib.
Nəticə etibarilə, Paşinyanın “qardaşlıq” bəyanatı Kremlə ünvanlanmış taktiki jest kimi dəyərləndirilir və regiondakı balansı dəyişdirməyə yönəlmiş addım hesab olunur.
Musavat.com
02 Sentyabr 2025
02:59 Tramp ikinci prezidentlik müddətinin 30 faizini qolf meydançasında keçirib – Maraqlı hesablama
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ