İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya və Böyük Britaniya birgə yeni tipli atom elektrik stansiyası reaktoru hazırlayacaqlar

Yaponiya və Böyük Britaniyadan olan araşdırmaçılar qrupu növbəti onilliyin əvvəlində istifadəyə verilməsi planlaşdırılan AES-in yeni tip yüksək temperaturlu qaz reaktorunun birgə işlənməsinə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Yüksək temperaturlu qaz reaktorları sələflərindən daha dayanıqlıdır və soyutması su tələb etmir. Bununla belə, onlara xüsusi yanacaq lazımdır, onun işlənməsi Yaponiya tərəfinə həvalə olunacaq. Böyük Britaniyanın rəhbərlik etdiyi layihə çərçivəsində aparılan tədqiqatlar zamanı əldə edilən biliklərin sonradan Yaponiyada perspektivli enerji mənbələrinə çevrilə biləcək özünün yeni reaktor növlərinin yaradılmasında istifadə ediləcəyi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR