İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Rusiyaya işlənmiş avtomobillərin ixracını qadağan edə bilər

G7 (Böyük Yeddilik - red) Rusiya Federasiyasına malların ixracına demək olar, tam qadağa qərarı versə, Yaponiyanın hakimiyyət orqanları hazırda həmin ölkəyə əsas ixrac məhsullarından biri olan işlənmiş avtomobillərin tədarükünü qadağan edə bilər.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hazırda Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar çərçivəsində bu ölkəyə dəyəri 6 milyon iendən (hazırkı məzənnə ilə təxminən 45 min ABŞ dolları) olan avtomobillərin ixracını dayandırıb. Embarqo genişləndiriləcəyi təqdirdə digər avtomobillərin, o cümlədən işlənmiş nəqliyyat vasitələrinin də ixracı qadağan edilə bilər.

"Bu, çox güman ki, Yaponiya şirkətlərinə və regional iqtisadiyyata təsir göstərəcək", - “Kyodo” yazıb.

Bundan əlavə, siyahını avtomobil təkərləri, kosmetika və geyim məhsulları da daxil etməklə genişləndirmək olar.//"Report" 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR