İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya qırıcı təyyarələrin və raketlərin ixracına icazə verməyi planlaşdırır

Yaponiya hökuməti ölkədə istehsal olunan müdafiə məqsədli avadanlığın ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması fonunda xarici ölkələrə qırıcı təyyarələrin və raketlərin ixracına icazə verməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 28-də “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, bu cür silahların və texnikanın ilkin olaraq Avstraliya, Hindistan, Avropa və Cənub-Şərqi Asiya dövlətlərinə ixrac edilməsi nəzərdə tutulur. Bununla əlaqədar Yaponiya qanunvericiliyinə müvafiq dəyişikliklərin cari ildə qəbul olunacağı gözlənilir.

Bu ərəfədə Kyodo agentliyi də Yaponiya hökumətinin ölkə istehsalı olan müdafiə avadanlığının ixracına qoyulan məhdudiyyətləri yumşaltmaq üçün imkanları araşdırmağa başlaması barədə məlumat yayıb. Söhbət 2014-cü ildə qəbul edilən 3 prinsipdən gedir. Bu prinsiplərə Tokionun qəbul etdiyi beynəlxalq öhdəliklərlə qadağan edilən avadanlıq və texnologiyaların ötürülməsi, planetin bu və ya digər regionunda sülhün qorunmasına dəstək və Yaponiyanın özünün təhlükəsizliyinin gücləndirilməsi daxildir.

Bu ərəfədə Yaponiya özünümüdafiə qüvvələrinin ehtiyatlarından Ukraynaya humanitar yardım və texnika göndərib. Belə ki, Kiyevə zirehli geyimlər, qoruyucu dəbilqələr, isti paltar, foto və video aparatura, çadırlar, sanitar vasitələr, kimyəvi mühafizə vasitələri, qida və elektrik generatorları çatdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR