İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya hökuməti Ukraynaya birbaşa ərzaq yardımı göstərəcək

Yaponiya hökuməti Ukraynada müharibədən zərər çəkənlərə birbaşa ərzaq yardımının göstərilməsi barədə qərar qəbul edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə qərar xüsusilə Ukraynanın şərqində Rusiyanın apardığı xüsusi hərbi əməliyyat nəticəsində yaranan ərzaq qıtlığı ilə əlaqədar qəbul olunub. Bildirilib ki, Yaponiyanın Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi ötən həftə Ukrayna tərəfinin bu barədə müraciətini nəzərə alaraq, yardımın fövqəladə ərzaq ehtiyatından göndərilməsi barədə qərar verib.

Qeyd edək ki, Yaponiya BMT-nin Dünya Ərzaq Proqramının və digər təşkilatların xətti ilə Ukraynaya yardım göndərir. Bu qərar göstərilən yardımın həcmini artırmağa imkan yaradacaq.

Nazirliyin məlumatına görə, Ukraynaya ümumilikdə 15 ton yükün göndərilməsi nəzərdə tutulur.

Hökumət bəyan edib ki, göndəriləcək ərzaq məhsulları yerli istehsalçılardan alınacaq. Yardımın mayın əvvəllərində çarter reysi ilə Polşaya göndərilməsi nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR