İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya baş nazirinin çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib

Şənbə günü Yaponiyanın qərbindəki Vakayama prefekturasında baş nazir Fumio Kişidanın çıxış edəcəyi yerin yaxınlığında partlayış baş verib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, hakim Liberal Demokrat Partiyasının seçkiqabağı təşviqat kampaniyasında iştirak edən Baş nazirə tüstü bombası atılıb. Baş nazir dərhal ərazidən uzaqlaşdırılıb.

Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiyanın sabiq baş naziri Şinzo Abe də seçkiqabağı təşviqat kampaniyası zamanı sui-qəsd nəticəsində qətlə yetirilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR