Onlayn ictimai-siyasi qəzet
Musavat.com -a müsahibə verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP funksioneri Siyavuş Novruzov maraqlı açıqlamalar verib.
Onlardan biri də deputatlığa namizədlərin yaş senzi ilə bağlıdır. Siyasi dəhlizlərdə iddialar gəzir ki, hakim partiya yaşı 70+ olan namizədləri irəli sürməyəcək, hətta namizədliyini müstəqil irəli sürən respublika əhəmiyyətli simaları da dəstəkləməyəcək.
Müxbirimizin: "Yaşlı deputatlar, yaxud gənc olub, özünü doğrultmayanlarla bağlı mövqe, münasibət YAP-da nədən ibarətdir?", sualına Siyavuş Novruzov belə cavab verib:
-YAP tədqiqatlar aparır. İstər mətbuatda, istər debatlarda, istər parlamentdəki çıxışı, istərsə beynəlxalq təşkilatlarda iştirakı, seçiciləri ilə münasibətləri, regionun ona olan münasibəti araşdırılır. Bütün bu tədqiqatlar əvvəlcədən aparılır, elə deputatlar seçilən gündən YAP-dakı xüsusi şöbə bu məsələlərlə məşğul olur. Bizim rayon təşkilatlarımız da dəqiqləşdirirlər ki, kim necədir? Bu, yaş məsələsi deyil, ancaq fəaliyyət məsələsidir".
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ