İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP Prezident seçkilərində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib

Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərində müşahidə aparacaq şəxslərini müəyyənləşdirib.

Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, iclasda səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR