İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğını söndürməyə gələn yanğınsöndürən maşın aşdı

Yanğına müdaxilə etmək üçün gələn yanğınsöndürən maşın aşıb. Müsavat.com xəbər verir ki, hadisə Türkiyədə, Nevşehirdə baş verib.

Ev sahibi yanğını öz imkanları ilə söndürə bilmədiyi üçün Nevşehir bələdiyyəsi yanğınsöndürmə xidmətindən kömək istəyib. Hadisə yerinə yanğınsöndürənlər, polislər və tibb işçiləri göndərilib. Yanğına müdaxilə edən yanğınsöndürən maşın evin bağçasında qəfil aşıb, yanğınsöndürən Raşit Kale isə yaralanıb. Xəsarət alan yanğınsöndürən təcili yardımla Nevşehir dövlət xəstəxanasına aparılıb.

Daha sonra hadisə yerinə Nevşehir bələdiyyəsinə aid başqa bir yanğınsöndürən maşın müdaxilə edib. Nəticədə yanğın söndürülüb, yaralının vəziyyəti isə qənaətbəxşdir.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR