İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ya Azərbaycan vətəndaşlığı, ya Hayastan...” - Əzizyanın dəqiq formulu

Erməni analitikin fikrincə, Laçın və Zabux Qarabağın göbək bağıdır, bundan məhrum olmaqla Qarabağda erməni əhalisinin boşaldılmasının təməli qoyulacaq; Polkovnik: “Ermənilərin arasında real vəziyyəti dəyərləndirənlər də var”

Zəngəzur dəhlizi ilə yanaşı, Qarabağda qalan ermənilər məsələsi də yaxın tezlikdə həllini tapacaq. “Yeni Müsavat”ın xəbərinə görə, erməni politoloq Jirayr Əzizyan bildirir ki, hər şey Laçın dəhlizinə alternativ yolun istismara verilməsindən sonra başlayacaq. Sitat: “Üçtərəfli bəyanatın altıncı bəndində ağ vərəqdə qara qələmlə yazılıb ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Məqsəd adıçəkilən yaşayış məntəqələrindən yan keçməkdir. Biz bilirik ki, sənədlərdə həmçinin Laçın rayonunun Azərbaycan tərəfinə keçdiyi göstərilir, amma orada Rusiya sülhməramlılarının nəzarətində olan dəhliz olacaq”.

Erməni politoloq bildirib ki, Ermənistan 10 noyabr müddəalarını yerinə yetirməkdən imtina etsə, bunun nəticələri daha fəlakətli olacaq. Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının üzvü Vahe Qasparyan da bildirir ki, Laçın və Zabux Qarabağın göbək bağıdır, bundan məhrum olmaqla Qarabağda erməni əhalisinin boşaldılmasının təməli qoyulacaq. Onun sözlərinə görə, Laçının təhvil verilməsindən sonra Qarabağda enerji təchizatı dayanır: “Və biz artıq Xankəndinin özündən xəbərdarlıq alırıq ki, Laçın kimi hadisələrdən sonra sakinlər Qarabağı tərk etməli olacaqlar. Levon Ter-Petrosyandan tutmuş indiki marionetlərə qədər bütün erməni hakimiyyətləri üçün Qarabağ, ümumiyyətlə, mövcud olmayıb. Onlar üçün Stalinin çəkdiyi torpaq parçası olan ”DQMV" mövcud olub. Qalan 7 rayonu işğal edilmiş hesab ediblər, biz də təbii olaraq işğalçı hesab edilmişik. Deyirlər ki, Laçın bizim deyil, Zabux bizim deyil və sair. Bu vəziyyətdə də erməni əhalisi Qarabağı tərk etməli olacaq. Qalanlar isə Azərbaycan vətəndaşı olmalıdırlar, başqa çıxış yolları yoxdur".

Əzizyanın doğru formulu digər ermənilərə də təsir edəcəkmi? Erməni şərhçi bir daha etiraf edir və təsdiqləyir ki, postmüharibə dövründə yaranmış reallıqla Qarabağ erməniləri barışmalı olacaqlar. Yəni separatçı rejimin də axırına çox qalmayıb, mülki ermənilər isə ya Azərbaycan qanunlarını qəbul edəcəklər, ya da qapı üzlərinə açıqdır - İrəvana gedəcəklər. Erməni deputat Tiqran Abramyan da deyib ki, hökumət bütün Qarabağı, Xankəndi də daxil olmaqla, Azərbaycanın tərkibində görür və bu faktı artıq heç cür dəyişə bilmərik: “Bu insanlar (Ermənistan rəhbərliyi - E.S.) bütün Qarabağı Azərbaycanın tərkibində sayır və bununla bağlı artıq heç nə etmək olmaz”. Ermənistanın Demokrat Partiyasının üzvü Aik Martirosyanın da İrəvan telekanalına müsahibəsi zaman dedikləri Teleqram kanallarının trendinə çevrilib. Martirosyan aparıcının sualına cavab olaraq deyib: “İlham Əliyevin həmişə ləyaqəti olub. Ləyaqət bizimkilərdə olmayıb! Biz düşmənimizin həddən ziyada müdrik olduğunu anladıq. Çox təəssüf ki, bu artıq bir faktdır! Əliyev son onillikdə özünü çox düzgün və uzaqgörən bir siyasətçi kimi apara bildi. O, həmişə düzgün yolla gedir”. Beləliklə, erməni siyasətçilər, ekspertlər etiraf etməyə başlayıblar ki, bütün Qarabağ Azərbaycana aiddir, proses buna doğru gedir və oradakı “artsax” adlı oyuncaq rejimin 27 min ermənini girov saxlayaraq özünü ayrıca respublika kimi yaşatmaq səylərinin ömrü uzun olmayacaq. Bəs bizim ekspertlər Əzizyan və digər erməni tanınmışların fikirlərini bölüşürmü?

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

 Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a söylədi ki, ermənilərin arasında real vəziyyəti dəyərləndirənlər də var. Onlardan biri Əzizyandır və anlayır ki, gec-tez Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi təmin olunacaq: “Yeni yol istifadəyə veriləndən sonra ermənilər Laçını boşaltmalıdır. Araikin, Babayanın nə deməsindən asılı olmayaraq, şəhəri tərk etməlidirlər. Onların istədiyi ilə iş olmur. Bəli, ermənilər Laçın və Zabuxdan köçürüləcək, bununla da bütövlükdə onların Qarabağdan gedişi sürətlənəcək. Əgər kimsə qalacaqsa, bizim qanunlarla rahat yaşaya bilər, onlara bir söz deyilməyəcək. Əgər iddia qaldıracaqlarsa, o zaman özlərinə yenə problem yaradacaqlar”. Hərbi ekspertin sözlərinə görə, artıq köçürülmə prosesi üçün nümayəndələr ayrılıb: “Biri unitaz sökür, biri hamamı aparır, biri köçməkdən imtina edir, amma hamısı gedəcək. Bizim də nəzarətimiz güclü olmalıdır ki, ermənilər köçəndə yanğın törədə bilməsinlər, əmlak dağıtmasınlar. Ən azı bir neçə nəfərə cinayət işi açıb real addım atılmalıdır. Daha Araikə cinayət işi başlayıb işi qovluqda saxlamaq kimi yox, konkret iş görülməlidir. Kəlbəcərdən çıxanda etdikləri cinayətləri Laçında təkrarlamağa imkan vermək olmaz. Ermənilər bilir ki, bu ərazidə tarixən yaşamayıblar, ona görə çıxanda yenə vandallıq edirlər. Biz Laçın şəhərini də gözəlləşdirəcəyik”.

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, müdafiə naziri Zakir Həsənov ötən həftə keçirdiyi müşavirədə həm sərhəddə, həm Qarabağda ordunun hazırlıqlı olması, həm də komando birliklərinin döyüş hazırlığına diqqət yetirilməsi tapşırığı verdi: “Belə müşavirələr davamlı keçirilir və bu də növbəti müzakirələrdən biri hesab oluna bilər. Lakin son proseslər fonunda xüsusilə maraqlıdır - Qarabağdakı erməni ordusunun qalıqlarının muzdlularla əvəzlənməsi istəyi, Laçın şəhərinin təhvil verilməsinə qarşı etirazlar, sərhədin delimitasiyası işində ermənilərin problemlər yaratması və s. Bütün hallarda ordunun daim hazır olması vacibdir, çünki bir neçə aydır hökm sürən sakitlik ermənilərin ”baş qaldırması"na şərait yaradıb, “buynuzlarını çomağa sürtürlər”. Ümumiyyətlə, Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, baş verənlər və proseslərin mümkün inkişafı Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur. Zabux kəndində qalan ermənilər də çıxmaq istəmir. Baş separatçı Araik Arutyunyan “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyir. Bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlamayacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR