Onlayn ictimai-siyasi qəzet
Xaçmaz rayonunda tarixi məscid xarabalığa çevrilib. 20 ildən artıqdır qapıları bağlı qalan məscidin vəziyyəti barədə aidiyyatı qurumlar məlumatlı olsa da heç bir tədbir görülmür.
Musavat.com xəbər verir ki, Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə inşa edilib.
Şeyx Məhəmməd Yaraqlı məscid kimi də tanınan ibadət evi 2001-ci ildən fəaliyyətini tam olaraq dayandırıb.
Tarixi məscidin vəziyyəti barədə rəsmi qurumlar məlumatlı olsa da bu günə qədər heç bir tədbir görülməyib.
İlkin Muradov
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ