İnsanlara hürriyət, millətlərə istiqlal!

XTQ-nin şəhid giziri Şahin Qədirovun atası vəfat etdi

Qaradağ rayonunda şəhid atası dünyasını dəyişib.

Rayonun Çeyildağ qəsəbəsində Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhidi Şahin Qədirovun atası Bayram Qədirov vəfat edib.

Mərhum bugün Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunacaq.

Qeyd edək ki,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qədirov Şahin Bayram oğlu  oktyabrın 6-da Fizuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub.

Qədirov Şahin Bayram oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənmə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR