Onlayn ictimai-siyasi qəzet
Xocavənd rayonunun Cəmiyyət kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report" xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.
O, bildirib ki, faktla bağlı araşdırma aparılır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ