İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalıda 39 yaşlı erməni qumbaranı partlatdı və…

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində intihar hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə Xocalı rayonunun ərazisində qeydə alınıb.

Erməni separatçıları “Əsgəran rayonunun Dəhrav kənd icması”nın 39 yaşlı sakinininin qumbaranı partladaraq intihar etdiyini açıqlayıblar.

Qeyd edək ki, erməni separatçılar Xocalı rayonunun Qayabaşı kəndinə separatçılar qondarma “Dəhrav” adını qoyublar.

Qondarma rejimin “istintaq komitəsi”nin məlumatına görə, ekspertiza təyin edilib. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün tədbirlər görülür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR