İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı günü ermənilərdən daha bir iyrənclik – “Dağlıq Qarabağ xalqı”, daha nələr...

Sən demə, Rusiyanın dominant olduğu və faktiki illərdir kağız üzərində qalan Avrasiya İqtisadi Birliyinin (AİB) İctimai Palatası adlanan geydirmə təsisatı da varmış. Həmin bu üzdəniraq Palata eləmə tənbəllik, bu gün bəyanat yayaraq, az qala bütün dünyanı “blokadada olan Dağlıq Qarabağ xalqı”na köməyə çağırıb. Üstəlik, gerçəyi baş-ayaq təqdim edərək, Azərbaycan dövlətinə ağıl verməyə, olmayan şeyləri ayağımıza yazmağa çalışıb.

“Biz, Rusiya, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan AİB İctimai Palatasının iştirakçıları və tərəfdarları yeganə əsas kommunikasiya yolunun bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar durumdan narahatlığımızı bildiririk. Laçın dəhlizi kimi tanınan marşrut vasitəsilə bölgəyə həyati əhəmiyyətli mallar, ərzaq və tibbi xidmət çatdırılırdı. Bundan əlavə, Dağlıq Qarabağda qazın verilişi kəsilib (kəsilməyib! – Z.S.), elektrik enerjisi fasilələrlə verilir. Nəticədə 30 mini uşaq olmaqla 120 min insan çətin vəziyyətdə qalıb. Bütün bunlar insanların sağlamlığı və həyatı üçün təhlükə yaradır və mülki əhalinin və beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu il və 8 iyun 1977-ci il tarixli Cenevrə Konvensiyalarının və Əlavə Protokollarının pozulmasıdır”, - Bəyanat-müraciətdə sırtıqcasına iddia edilir.

(Görəsən 1992-cı ilin fevralında Xocalıda ikiayaqlı erməni cəlladları dinc əhalini hansı konvensiyalar əsasında qırıblar?!)

Xocalıda 1992-ci ilin 10 fevralında yaşananlar - Şahidlər 25 il öncədən  DANIŞIR

Bəyanatın ardı da ürəkbulandırıcıdır: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, Laçın dəhlizi hər iki istiqamətdə malların, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Biz, Rusiya, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistandan olan Aİİ ölkələri İctimai Palatasının iştirakçıları və tərəfdarları, humanitar fəlakətə yaxın olan hazırkı çətin vəziyyətdən ürəkdən narahatıq və dövlət başçılarımıza müraciət edirik. Avrasiya İqtisadi İttifaqı ölkələrinin rəhbərlərini, beynəlxalq ictimai və humanitar təşkilatları Dağlıq Qarabağ xalqına humanitar yardım göstərməyə çağırırıq. Biz Azərbaycan rəhbərliyini də vəziyyəti humanitar fəlakətə gətirməməyə və “Həyat yolu”nu açmağa (yol bağlı deyil! – Z.S.) çağırırıq”.

Virtual Qarabağ - Xocalı soyqırımı

Leksikona, ritorikaya, cümlələrin quruluşuna, mübtəda-xəbərinə diqqət edildi yəqin. “Dağlıq Qarabağ xalqı”, “blokada”, “120 min erməni və 30 min uşaq”, “qaz və işığın kəsilməsi”, daha nələr! Avropa Parlamentinin az öncə qəbul elədiyi anti-Azərbaycan bəyanatına necə də bənzəyir. Sanki mətn eyni adam tərəfindən yazılıb, hərifbəhərif oradan köçürülüb.

Yəni zərrəcə şübhə yox ki, bu bəyanatı da hansısa erməni hazırlayıb, sonra isə digər üzvlərə qol çəkdirib. Hərçənd, bu sonuncuları, özəlliklə özbək, qırğız və qazax dost-qardaşlarımızı məsuliyyətdən azad eləmir, əgər təbii ki, “AİB İctimai Palatası” deyilən bir təsisatda ermənilərdən savayı türk milliyyəti adına təmsil olunanlar da varsa...

Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol  oynayır - AZƏRTAC

Qalır, bu fitnəkar bəyanata Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanın reaksiyaları. Biz hələ Belarusu, yaxud Tacikistanı demirik. Onlar da Azərbaycana düşmən ölkələr sayılmaz.

Nəhayət, belə bir iyrənc müraciət-bəyanatın Xocalı soyqırımının ildönümü günü ortaya çıxması da təsadüfə oxşamır və yüzdə yüz növbəti erməni hiyləsidir. Ümid edirik, ən azından Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Bakıdakı səfirlikləri bu aşırı həyasızlıqla hazırlanmış anti-Azərbaycan, anti-Türk müraciət-bəyanata biganə olmayacaq...

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR