Onlayn ictimai-siyasi qəzet
“Taliban” nümayəndə heyəti ilk dəfə Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.
Musavat.com-un xəbərinə görə, Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Balxi “Agence France-Presse” (AFP) agentliyinə verdiyi açıqlamada bildirib ki, Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak edəcək.
“Əfqanıstan hökumətinin (Taliban) nümayəndə heyəti Bakıda olacaq,” – deyə o qeyd edib.
Qeyd edək ki, gələn həftə başlayacaq konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərindən təxminən 80 dövlət və hökumət başçısının iştirakı gözlənilir. Dünya liderlərinin burada iqlim maliyyələşdirilməsi məsələsi ilə bağlı mühüm qərarlar qəbul edəcəyi gözlənilir.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ