Onlayn ictimai-siyasi qəzet
Xocalı canisi Vaqif Xaçatryanın qızı Vera Xaçatryan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvandakı ofisinin baş verənlərlə bağlı bəyanatını, habelə Xaçatryanın Dağlıq Qarabağın Müdafiə Ordusunun keçmiş hərbi komandiri Samvel Babayanın sürücüsü olması barədə məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Vera Xaçatryan iddia edib ki, guya Azərbaycan tərəfi reallığa uyğun olmayan məlumatlar təqdim edir:
"Onu Bakı xəstəxanasına yox, müalicə üçün ailəsinin yanına aparın. Bu məsələ ilə necə məşğul olacağımı bilmirəm, bizə kömək edin. Nəinki mənim atam, hətta hər birinizin atası orada (Azərbaycanda - red.) ola bilər".
Qeyd edək ki, 29 iyul tarixində BQXK əməkdaşları Azərbaycan saxlanan erməni əsilli Vaqif Xaçatryana baş çəkiblər. Məlumatda qeyd edilib ki, həmin şəxsə ailəsi ilə əlaqə saxlamaq üçün şərait yaradılıb.
Onu da bildirək ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvandakı ofisinin qarşısında aksiya keçirilir.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ