İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda yaşayış binasında yanğından EKSKLÜZİV GÖRÜNTÜLƏR

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

FHN Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

***

Xırdalanda yaşayış binasında yanğın başlayıb.

Musavat.com-un xəbərinə görə, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksinin 19 saylı binasındakı mənzillərin birində baş berib.

Hadisə yerinə FHN və polis əməldaşları cəlb olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR