İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətai soyğununu törədənlərin biri məhv edildi, digəri tutuldu - RƏSMİ, YENİLƏNDİ

Bu gün Xətai rayonu ərazisində “Bravo” hipermarketdə silahlı insident törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, polisə silahlı müqavimət göstərən bir nəfər isə məhv edilib.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədənlərdən biri “Tarqovı”da Fəvvarələr meydanında tutulub. Onun həmin ərazidəki evlərdən birində xanım tanışının yanında gizləndiyi bildirilir.

DİN-dən saytımıza bildirilib ki, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

***

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

"Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR