İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya yerləşdirilən Şahnaz Haşımovanın vəziyyəti necədir?

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Axsam.az-ın məlumatına görə, bacısı, Əməkdar artist Aybəniz Haşımova onun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, xanəndə hazırda özünü yaxşı hiss edir:

“Onu anamdan, atamdan çox sevirdim. İlk qucağında ovudulduğum, üzümə açılan qolların sahibidir Şahnaz xanım. 1970-ci illərdə də xəstəxanaya düşərək məni çox qorxutmuşdu. Onda da yolunu indiki kimi səbirsizliklə gözləyirdim.

Tez qayıt evə, körpə kimi atılım qollarına. O gözəl əllərinlə tumar çək saçlarıma. İllərin məni yorğun salmış yuxusuna gedim. Laylamı çal, bacım, sənə gələn bütün qada-bəla mənim canıma gəlsin. Sənə heç nə olmasın. Bütün xalq səni gözləyir, dua edir. Sən çox yaşa ki, xalqın musiqi səsi sənsiz qalmasın”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR