İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada insident - Qazi benzin tökərək həkimi və özünü yandıracağını dedi

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında insident baş verib. Qazi əlində olan benzinlə özünü və tibb işçisini yandıracağını deyib.

Musavat.com xəbər verir ki, 1986-cı il təvəllüdlü Namiq xəstəxanaya gələrək nalayiq ifadələr işlədib, benzini döşəməyə tökərək xəstəxananı yandıracağı deyib. Daha sonra xəstəxananın pəncərələrini, qapılarını sındırıb.

Məlumata görə, qazi Namiqi qəzəbləndiriən səbəb xəstəxanadakı həkimlərdən birinin onun xanımına “sən Namiqə niyə dözürsən?” deməsi olub. Bundan xəbər tutan Namiq qəzəblənərək xəstəxanaya gəlib.

Xəstəxananın həkim-terapevti deyib ki, Namiq xəstəxanaya gələn zaman onun otağına daxil olub. Benzini yerə tökərək özünü və onu yandıracağını deyib. Həkimin sözlərinə görə, Namiqə izah etməyə çalışıb ki, xəstəxanada heç kim onun arvadına “Namiqə necə dözürsən?” deməyib.

Həkim bildirib ki, Namiqi sakitləşdirməyə çalışsa da, bacarmayıb. Sonra Namiq qapını açaraq koridora çıxıb və orada söyüş söyməyə davam edib. Həkim də bu zaman ordan uzaqlaşıb. Hadisə yerinə polis əməkdaşları gəlib və Namiqi sakitləşdirib. Namiq palataya yerləşdirilib və tibbi yardım göstərilib. Bir gün sonra evə buraxılıb.

Qeyd edək ki, Namiq “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR