İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə qarşı peyvəndlərlə bağlı yeni xəbər var - 2025-ci ildə...

Böyük Britaniyada 2025-ci ilin xərçəngə qarşı peyvəndin yaradılmasında mümkün irəliləyiş olacağını hesab edirlər.

“The Economist” qəzeti yazıb ki, alimlər onkologiyaya qarşı peyvəndlərin nəhayət ki, effektivliyini göstərdirdiyini bildiriblər. Onlar sınaqları dəri, beyin və ağciyər şişlərinə qarşı aparırlar. Alimlərin qənaətinə görə, xərçəng peyvəndlərinin yaradılması prosesi kimyaterapiya və ya cərrahiyyə kimi invaziv müalicələrə ehtiyacı azaldacaq dərəcədə irəliləyəcək.

Daha öncə, dekabrın 17-də Rusiyalı onkoloq Andrey Kaprin Rusiyada hazırlanan onkoloji peyvəndin klinik sınaqlarında iştirak etmək üçün namizədlərin seçiminə başlandığını elan edib.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirmişdi ki, Rusiya istehsalı xərçəngə qarşı peyvənd üçün başqa ölkələrdən müraciətlər daxil olub. O, əlavə edib ki, 2025-ci ildə Rusiya klinik bölmələrdə peyvəndlərdən istifadə etməyə başlayacaq. Bundan əlavə, o qeyd edib ki, onkovaksin sınaqlarda yüksək effektivlik göstərib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR