İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngdən əziyyət çəkən aktyor: "Artıq işə çıxıram"

“Artıq ötən həftədən işə çıxıram”.

Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Direktor özünü hazırda yaxşı hiss etdiyini qeyd edib:

“Səhhətim yaxşıdır. Amma əsas səs tellərimdir. Bundan sonra onun bərpa olunacağına inanmıram. Hər şey Allahın əlindədir, mənimlə maraqlanan dostlara salam göndərirəm”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. Xəstəxanada müayinə zamanı 65 yaşlı direktorun qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR