İnsanlara hürriyət, millətlərə istiqlal!

Xələf Xələfov Oleq Serebrian ilə görüşüb - FOTO

6 aprel 2023-cü il tarixində Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun müşayiəti ilə Moldova Respublikasının Baş nazirinin reinteqrasiya üzrə müavini Oleq Serebrian ilə görüşü keçirilib.

Musavat.com-un məlumatına görə, görüşdə Dnestryanı münaqişənin ölkənin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə yanaşılmaqla sülh və davamlı həllinin vacibliyi vurğulanıb, Kişineu və Tiraspol arasında mövcud qarşılıqlı fəaliyyət müzakirə edilib.

Baş nazirin müavini O.Serebrian vurğulayıb ki, 5+2 danışıqlar formatı qonşu Ukraynada hərbi əməliyyatların davam etdiyi müddətdə dondurulmuş vəziyyətdə qalacaq və Kişineu Dnestryanı nizamlama prosesində iştirak edən bütün tərəfdaşlarla qarşılıqlı əlaqələrini davam etdirəcək. Eyni zamanda, o, daxili və regional vəziyyətin mürəkkəbliyindən irəli gələn bütün problemləri idarə etmək məqsədilə milli institutların və xarici tərəfdaşların səylərini qeyd edib. Baş nazirin müavini Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın gücləndirilməsində göstərilən marağa görə həmsöhbətinə təşəkkürünü bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR