İnsanlara hürriyət, millətlərə istiqlal!

Xavi son 15 ildə “Barselona”nın ikinci ən pis məşqçisidir

“Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes son 15 ildə qalibiyyət qazanma faizinə görə kataloniyalıların ikinci ən pis məşqçisidir.

Bu barədə “X” sosial şəbəkəsində jurnalist Fran Martines məlumat verib.

O qeyd edib ki, Xavinin “Barselona”nın sükanı arxasında qələbə faizi 62,16 faizdir.

Hətta klubun Xavinin sələfi olan Enrike Setiendə bu göstərici 64 faiz təşkil edib.

“Bu göstəriciyə görə Xavi Ernandes yalnız niderlandlı baş məşqçi Ronald Kumanı (58,2 faiz) qabaqlayır”, - deyə jurnalist qeyd edib.

Xatırladaq ki, İspaniya La Liqasında keçirilən 16 turdan sonra “Barselona” 34 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Kataloniyalılar lider “Jirona”dan yeddi xal geri qalırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR