İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xarici dil müəllimlərinin əksəriyyəti tədris etdiyi dildə ünsiyyət saxlaya bilmir” - Təhsil eksperti

“Ölkədə təxminən 150 min nəfər müəllim var. Bunun 1/5-i xarici dil müəllimləridir və onların arasında da əksəriyyəti ingilis dilini tədris edir. Çox təssüflər olsun ki, ölkədə ingilis dili, o cümlədən digər xarici dili tədris edən müəllimlərin tam böyük əksəriyyəti tədris etdiyi dildə ünsiyyət saxlamağı bacarmır. Ünsiyyət saxlamağı bacarmadığı halda həmin xarici dili tədris edir".

Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert vəziyyətin acınacaqlı olduğunu vurğulayıb:

"“Təhsil haqqında qanun”, “Ümumtəhsil haqqında qanun”, istərsə də "Ümumtəhsil məktəbin nizamnaməsi”ndə göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən şəxslər ən azı bir və yaxud bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır. Əgər müəllim özü tədris etdityi fənn üzrə ünsiyyəti bacarmırsa, təhsil alanlar necə ünisyyət saxlaya biləcək?

Hazırda da kənd yerlərində xarici dildən müəllim çatışmazlığı var, dərs deyən müəllimlərin də böyük qismi orta ixtisaslı müəllimlərdir. Bir çoxları isə ümumiyyətlə tədris etdiyi fəndən elementar dil bacarıqlarına malik deyil".

Elşən Qafarov: Məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən rayon icra  hakimiyyətlərinə verildikdən sonra bu şəbəkə inkişaf etmədi – Mektebgushesi

Elşən Qafarov vəziyyətdən çıxış yolu ilə bağlı təklif də irəli sürüb:

"2024-cü ildə xarici dil müəllimlərinin sertifikasiyası gözlənilir. Hesab edirəm ki, xarici dil müəllimlərinin sertifikasiyasında müsahibə mərhələsinin müddəti artırılsın, bu müddət yarım saat təşkil edilsin və onların müsahibəsi tədris etdiyi xarici dildə aparılsın. Tədris etdiyi xarici dildə ünsiyyət saxlamağı bacarmayan müəllimlər sertifikasiyadan keçirilməsin.

Həmçinin müəllimlərin işə qəbulu müsabiqəsində xarici dil müəllimlərinin işə qəbul zamanı dil bilikləri əsas şərt qoyulsun və yalnız bu zaman biz vəziyyəti qismən düzəldə biləcəyik".

Xatırladaq ki, bu günlərdə baş ofisi İsveçrədə yerləşən tanınmış beynəlxalq təhsil mərkəzi EF (Education First) dünya ölkələrində ingilis dili biliyi ilə bağlı araşdırmanın nəticələrini dərc edib. 113 ölkə və regionda standartlaşdırılmış EF ingilis dili testlərindən keçən 2,2 milyon yetkin şəxsin nəticələri təhlil edilib. Azərbaycan dünyada 83-cü, Avropada isə sonuncu yerdə qərarlaşıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR