İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricə getmək istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Ucuzlaşa bilər

Birdən-birə minlərlə ucuz aviabiletin satışa çıxarılması adi qaydada satılan bilet qiymətlərinə də təsirsiz ötüşməyəcək. Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını ala və turpaketlərin ucuzlaşmasına səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bunu turizm üzrə ekspert Rəhman Quliyev Xəzər Tv-yə deyib.

O hesab edir ki, bu cür kampaniyalar mütəmadi olmalıdır. Ekspert düşünür ki, bu təşəbbüs həm yay aylarında sıxlığa təsir edə, həm də qiymətlərin bahalaşmasının qarşısını ala bilər.

Xüsusilə xarici ölkələrə təşkil edilən turların qiymətlərinin nisbətən enəcəyi gözlənilir. Ekspert deyib ki, əksər hallarda turların baha olmasının səbəbi aviabiletlərin mövsümi vaxtlarda kəskin bahalaşması olur.

Qeyd edək ki, ''Buta'' hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Məhdud sayda olsa da, hələlik aviabiletlərdən qalan var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR