İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə Laçına görə TƏŞVİŞ: separatçılar əhaliyə səsləndi - Politoloqla CANLI

Azərbaycan Ordusunun bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması barədə xəbərə əvvəlcə susqunluq nümayiş etdirən Ermənistan mətbuatı cəmi 2 saat dözə bilib.

Aparıcı erməni KİV-ləri nəhayət istəməsələr belə, ordumuzun Laçın şəhərindən yayılan görüntülərini və korpus komandiri, general-mayor Kənan Seyidovun Ali Baş Komandana məruzəsini dərc etməyə məcbur olublar.

Azərbaycanın dövlət bayrağının Laçın şəhərində dalğalanması barədə xəbər Xankəndidə yaşayan mülki ermənilər arasında təşvişə səbəb olub. Xankəndidəki separatçıların “İnformasiya mərkəzi” dərhal sakinləri sakitləşməyə, həyəcanlanmamağa çağırıb.

Çağırışda bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən Şuşa-Laçın-Gorus yolu hələ ki 31 avqust tarixi də daxil olmaqla bu ayın sonuna kimi fəaliyyət göstərəcək.
Bildirilir ki, Rusiya sülhməramlıları göstərilən müddət ərzində Qarabağa gəlib-gedən ermənilərin təhlükəsiz hərəkətini təmin edəcəklər. “Alternativ yeni yolla bağlı isə əlavə məlumat verəcək”, - xəbərdə deyilir.

Xarici işlər naziri Ceyhun Bayramov Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib. Nazir bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb.

"Laçın artıq Azərbaycanın nəzarəti altındadır. Buna görə də Azərbaycan xalqını təbrik edirəm. 1992-ci ildən bəri zorla sürgün edilən şəhər sakinləri evlərinə qayıdacaq. Laçın digər azad edilmiş ərazilər kimi yenidən bərpa olunacaq",- paylaşımda deyilir.

eyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.


TVMusavat-ın saat 15:15-də, “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə son hadisələri müzakirə edib. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR