İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “humanitar böhran” yaşayan ermənilər toy-büsatdadırlar - VİDEO

Ermənistanın “humanitar böhran” içində yaşadığını iddia etdiyi Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər toy mərasimi keçiriblər.

Musavat.com xəbər verir ki, “humanitar böhran” yalanını ifşa edən bu mərasim barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” sosial şəbəkəsində paylaşım edib.

“Hər dəfə Xankəndidən erməni toy məclisləri videolarına baxanda, bu gənc xoşbəxt ermənilərin mahnı oxuyub rəqs etdiyini görəndə ürəyim bütün etnik azlıqların sülh və əmin-amanlıq içində yaşadığı ölkəm Azərbaycan üçün sevinc və qürurla dolur. Münaqişə başa çatıb, Ermənistan tarixin gedişatını dəyişə bilməz”, - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR