İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xanımlar özünü mənə bənzədir, hamı elə bil ki, balaca Nazpəridi"

Xalq artisti Nazpəri Dostəliyeva xanımların özünü ona bənzətməsindən danışıb.

Musavat.com olay-a istinadən xəbər verir ki, müğənni bu barədə "El canlı" proqramına qonaq olarkən deyib. İfaçı bildirib ki, toylara gedən zaman qonaqların onun kimi geyindiyinin şahidi olub:"Elə olub ki, toya getmişəm ki, hamı Nazpəri Dostəliyevadır. O dönəmdən başladı, bu günə kimi davam edir. Mənə bənzədirdilər. Çox sevinirəm ki, Azərbaycanda gözəl qadınların sayı artıb. Saç, makiyaj, geyim tərzi- hamı elə bil ki, balaca Nazpəridi".

Bundan əlavə, sənətçi gəlinləri haqqında da danışıb:

"Mən gəlinlərimə qızım deyirəmsə, onlara sərbəstlik verirəm. Mənim sevgimin qarşılığı olmalıdır. Onlar mənə qarşı necə olacaqlar? Bu, qabiliyyətlərinə, əxlaqlarına, tərbiyələrinə qalıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR