Onlayn ictimai-siyasi qəzet
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı sirk ustası Allahverdi İsrafilov olub. Həmkarı ilə ailə quran sirk ustası həyat yoldaşı ilə partnyorluğundan danışıb:
“Həyat yoldaşımla ilk növbədə partnyoruq. Sirkdən çıxanda isə ailəyik. Həyat yoldaşımdır, çıxış edəndə onu bərk tutmalıyam. Amma bilirəm ki, həyat yoldaşım olmasa da, partnyorum olduğu üçün yenə də eyni davranmalıyam”.
A.İsrafilov Monte-Karloda keçirilən beynəlxalq sirk festivalı zamanı xeyriyyə tədbirində çıxış etməsi və Papa XVI Benediktlə görüşündən də bəhs edib.
“Bizə dedilər ki, katoliklərin bayramıdır, xeyriyyə məqsədilə çıxış etmək lazımdır. Çıxışdan sonra bizi pulla mükafatlandırmaq istədilər. Amma qəbul etmədik. Həmin pulun xeyriyyə məqsədilə xərclənməsini istədik. Buna görə məni Monte-Karlo şahzadəsinin kabinetinə dəvət etdilər. Orada Papa ilə dialoqumuz oldu. O, məndən milliyyətimi, haradan olduğumu, dini mənsubiyyətimi soruşdu”, - o söyləyib.
Ətraflı süjetdə:
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ