İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım direktorun kartını oğurlayıb özünə “İphone” aldı - CİNAYƏT İŞİ

Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Rəna Məmmədovaya məxsus kredit kartı oğurlanıb. Direktorun kartını oğurlayan şəxs məktəbdə nəzarətçi işləyən şəxs olub.

Musavat.com xəbər verir ki, 1972-ci il təvəllüdlü A.Mikayılov adı çəkilən məktəbdə nəzarətçi işləyib.

O, məktəbədə gözətçi işləyən zaman axşam saatlarında otaqların qapısının bağlı olub-olmamasını yoxlayıb. Direktorun otağının qapısının açıq olduğunu görüb və ora daxil olub. Otaqdakı dolaba baxan zaman direktora məxsus kart tapıb. Kartı bankomata salaraq ilk dəfə 2 min manat, sonra isə 1200 manat nağdlaşdıraraq götürüb.

Mikayılov bildirib ki, kartı bankomata salan zaman yeni kart olduğunu, heç vaxt istifadə edilmədiyini görüb. Yeni şifrə tələb olununda Mikayılov şifrə daxil edib və kartdakı pulu götürüb.

Məlum olub ki, Mikayılov həmin pulla 2800 manata “İphone 15” alıb, qalan məbləği isə şəxsi ehtiyaclarına xərcləyib. Bir müddət sonra həmin telefonu 1000 manata satıb. Həmin pulla ucuz qiymətə iki telefon alıb. Sonra pula ehtiyacı olduğu üçün həmin telefonları da satıb.

Direktor kartının oğurlanmasından gec xəbər tutub. Səbəb isə həmin kartdan istifadə etməməsi olub. Sonra kredit ödənişi ilə bağlı bankdan məlumat veriləndə hadisədən xəbər tutub və polisə məlumat verib. Polis kartdan pulun hansı bankomatdan çıxarıldığını müəyyən etdikdən sonra nəzarət kameraları ilə Mikayılovu tapıb.

Mikayılov direktora dəymiş zərəri ödəyib. Direktor ondan şikayətçi olmayıb. Məhkəmə Mikayılova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR