İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi barədə yayılan “ağır xəstədir, ölüb, gizlədirlər” iddiaları doğru çıxmadı – VİDEO

Musavat.com xəbər verir ki, son günlər İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyinin səhhətinin ağır olduğu və hətta vəfat etdiyi barədə iddialar yayılmışdı. Lakin bu iddialar İranın rəsmi xəbər agentliyinin paylaşdığı yeni görüntülərlə təkzib edilib.

İran dövlət agentliyi Xamneyinin ölkənin yüksək vəzifəli şəxsləri ilə birlikdə söhbət etdiyi görüntüləri yayımlayıb. Videoda Ali Rəhbər bardaş quraraq rahat oturduğu və yaşına baxmayaraq olduqca gümrah göründüyü əks olunub. Bu görüntülər onun səhhəti ilə bağlı yayılan şayiələrin əsassız olduğunu göstərir. 

İranın ali rəhbəri ilə bağlı səhhətinə dair iddialar vaxtaşırı gündəmə gəlir, lakin hər dəfə yayılan görüntülər bu xəbərlərin həqiqəti əks etdirmədiyini sübut edir. Son yayılan video da Xamneyinin normal fəaliyyətini davam etdirdiyini göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR