İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneyi SEPAH və Baş Qərargaha yeni rəhbərlər təyin etdi

İranın Ali Lideri Ayətullah Əli Xameneyi İsrailin hava zərbələri nəticəsində həlak olan yüksək rütbəli komandirlərin yerinə yeni təyinatlar həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi məlumat İran mediası tərəfindən yayımlanıb.

Məlumata görə, Məhəmməd Pakpur SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) yeni komandanı təyin olunub. O, İsrailin dəqiq zərbəsi nəticəsində öldürülən Hüseyn Səlaminin yerinə gətirilib.

Bundan əlavə, İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri vəzifəsinə Əbdülrəhim Musəvi təyin olunub. O, eyni hücumlar zamanı həlak olan Məhəmməd Baqerinin yerini tutub.

Yeni təyinatlar İranın hərbi-siyasi rəhbərliyində çevikliyi və böhrana sürətli cavab mexanizmini göstərir. Eyni zamanda bu addım, Tehranın gərginliyin fonunda hərbi komandanlıqda sabitliyi qorumağa çalışdığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR