İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq şairindən obyektlərin adı ilə bağlı ETİRAZ

“Bakıda bütün yunan tanrılarının adına toyxana var. Orada toy edən şəxs bilməlidir ki, toyxananın adını daşıyan qadın hansı əxlaqın sahibi olub. Oradan övladını köçürmək doğrudur, ya yox?"

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, Bakının mərkəzindəki obyektlərin 95 faizi xarici dildədir: “Lisenziya verilən müəssisələr müxtəlif obyektlərə ad verərkən “Dil haqqında” qanunu nəzərə almalıdır. Hər kəs deyir ki, mən müəssisənin adını belə qoyuram. Dədəsinin, babasının, tayfasının adını gətirir, qoyur müəssisəyə. Lisenziya verən müəssisə bu adın nə olduğunu soruşmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR