Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Şahnaz Haşımovanın vəziyyəti normaldır.
Bu barədə Oxu.Az-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.
Xatırladaq ki, ötən gün səhər saatlarında Xalq artisti Şahnaz Haşımovanın səhhəti pisləşib. O, dərhal Gəncədə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Xalq artistinin nəvəsi Şahnaz Haşımovanı indilərdə Bakıya gətirəcəklərini söyləyib:
“Nənəmin ötən gün halı pisləşdi. Gəncədə həkimlər onu özünə gətirmək üçün hər şeyi etdilər. Təzyiqi, şəkəri düşmüşdü. Həkimlər əllərindən gələni etdilər. Hər kəs maraqlanır. Mədəniyyət Nazirliyi də xüsusi diqqət göstərir. Cərrah Rəşad Mahmudov məsləhət gördü ki, onu Bakıya Mərkəzi Gömrük Hospitalına yerləşdirək. Hazırda Gəncədəyik. İndilərdə Bakıya gətirəcəyik”.
E.Abdullayev nənəsinin səhhətində başqa bir problemin olmadığını dilə gətirib:
“Səhhətində başqa heç bir problem yoxdur. Təzyiqi uşaqlıqdan var. Hipertoniya onda anadangəlmədir. Şəkər xəstəliyi də bu yaxınlarda tapılıb. İkisi birlikdə çətinlik yaradır. İlk dəfədir ki, halı pisləşib. Özü hazırda yaxşıdır. Maraqlanan hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Şahnaz Haşımova Əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.
Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 28 oktyabr 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı il mayın 6-da Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ