İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Sağalmaz xəstəliyə tutuldu

Sovet kinosunun tanınmış simalarından biri olan Qalina Polskixin səhhətində ciddi problemlər aşkarlanıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, aktrisaya ağciyər fibrozu diaqnozu qoyulub.

Noyabr ayında sinə ağrısı və nəfəsalma çətinliyi səbəbindən xəstəxanaya yerləşdirilən sənətkarın müayinələri zamanı ağciyərlərində geriyədönməz dəyişikliklər müşahidə olunub. Həkimlər xəstəliyin pnevmoniyanın ağırlaşması nəticəsində inkişaf etdiyini ehtimal edir.

Qalina Polskix, “Mən Moskvada gəzirəm”, “Kölgələr günorta çəkilir”, “Vəhşi it Dinqo” və “Ailə vəziyyətinə görə” kimi məşhur ekran işlərində canlandırdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanıb. Aktrisa, həmçinin televiziya ekranlarında yer alaraq “Ranetki” və “Mənim ədalətli dayəm” kimi seriallarla yadda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR