İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Tünzalə Ağayevadan biabırçı geyim: Zəfər haqqında danışarkən tənqid yağışına tutuldu - VİDEO

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkələrdə paylaşdığı görüntülərlə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, onun seçdiyi geyim tərzi izləyicilər tərəfindən sərt tənqid edilib və bir çoxları bu geyimin “Zəfər” mövzusunda çıxışına uyğun olmadığını bildiriblər.

Tənqidlər arasında, xüsusilə, Tünzalə Ağayevanın geyim seçiminin Zəfər haqqında danışarkən ciddi olmadığını və bunun onu daha da “gülünc vəziyyətə” saldığını iddia edənlər üstünlük təşkil edib. Sosial şəbəkələrdə bir çox istifadəçi sənətçini milli dəyərlərə uyğun davranmağa çağırıb.

Xalq artisti isə bu tənqidlərə hələlik cavab verməyib, lakin paylaşımı geniş ictimaiyyət arasında müzakirələrə yol açıb. İzləyicilər arasında sənətçinin çıxışını dəstəkləyənlər də olub, lakin onların sayı azlıq təşkil edir.

Musavat.com sözügedən çıxışın videosunu təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR