İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti: "Heç vaxt qapı döyməmişəm"

"Bu peşəyə mane olanlara qarşı içimdə həmişə üsyan olub".

Bu sözləri tanınmış aktyor, Xalq artisti Cəfər Namiq Kamal "Mini maska" verilişində deyib.

Aktyor bütün çətinliklərə rəğmən, heç vaxt içində "niyə bu peşəni seçdim" deyə, peşmanlıq hissi yaşamadığını bildirib:

"Bu peşə ilə körpəlikdən məşğul olmuşam. 11 yaşımda üzümə qrim olunub, səhnəyə çıxmışam. İş olmayanda darıxıram. Heç vaxt içimdə bu peşəyə qarşı üsyan olmayıb. Niyə olsun ki, gül kimi peşədir. Amma bu peşəyə mane olanlara qarşı içimdə üsyan olub. Həmişə başımı aşağı salıb, işimlə məşğul olmuşam. 52 yaşımda Əməkdar artist, 63 yaşımda Xalq artisti adını almışam. Almamışam e, veriblər. Elə bundan görünür ki, heç bir qapı döyməmişəm". (yenicag.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR