Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Xalq artisti Azərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə “bozqurd” işarəsi göstərdiyi an "ilin fotosu" seçilib.
Musavat.com bildirir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Xatırladaq ki, Azərin Türkiyənin Prezident iqamətgahında 15 İyul — Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxaraq, böyük coşqu ilə “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
İfa sonrası Azərin milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan məşhur “bozqurd” işarəsini göstərib. Bu addım tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən böyük alqışlarla qarşılanıb.
Azərinin bu jesti sosial mediada geniş rezonans doğurub və türk dünyasının birlik və həmrəyliyini simvolizə edən an kimi "ilin fotosu" seçilib.
Xalidə Gəray,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ