İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artisti Aftandil İsrafilov dəfn edilib - FOTO

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dəfn edilib.

Musavat.com xəbər verir ki, mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

***

Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn ediləcək.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.

Onun əvvəlcə "Qurd qapısı" qəbiristanlığında dəfn olunacağı deyilsə də, sonradan II Fəxri xiyabana dəyişdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR